AZ

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Ermənistanda Alyans Partiyasının lideri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada saxlanılıb.

Bu barədə bloqer Vardan Qukasyan sosial şəbəkələrdə məlumat verib.

“Bir neçə saat əvvəl Urixanyan Rusiyada həbs edilib, ona qarşı Ermənistanda hökumət əleyhinə çağırışlar səsləndirdiyinə görə başlanmış cinayət işi çərçivəsində axtarış elan edilib”, - deyə Qukasyan yazıb.

Qeyd edək ki, Urixanyan Qukasyanın partiyasının siyahısı ilə İrəvan Ağsaqqallar Şurasının üzvü olub. 2023-cü ilin sentyabrında ona qarşı ölkədə konstitusiya quruluşunun zorakılıqla devrilməsinə çağırış maddəsi ilə cinayət işi açılıb. Ancaq erməni siyasətçi ölkədən qaçmağa imkan tapıb. Sonradan onun səlahiyyətlərinə xitam verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
1
oxu.az

10Mənbələr