AZ

Oğurladığı bank kartları ilə marketdə yaxalandı

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ayrı-ayrı şəxslərə məxsus 4 avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitələrinin salonlarından telefon, noutbuk, bank kartları, pul və digər qiymətli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib. 

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əmlakı qəsdən məhv etmə və oğurluqda şübhəli bilinən paytaxt sakini, 1994-cü il təvəlüldlü Əli Səfərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Qeyd edək ki, saxlanılan şəxs oğurladığı bank kartlarının bir neçəsi ilə mağazalardan alış-veriş etməyə də cəhd göstərib. Onun bu hərəkətləri təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı Suraxanı RPİ-nin 32-Polis Bölməsində araşdırmalar davam etdirilir. 
Ə.Səfərovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər. 

 

P.ƏMİRCANOV

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
19
xalqqazeti.az

10Mənbələr