AZ

Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR

Yer kürəsində güclü maqnit qasırğası başlayıb. Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, enerji sistemləri və təhlükəsizlik sistemlərində problem yarada bilər. Bakı Dövlət Universitetinin məlumatına görə, geomaqnit qasırğası 11-12 may tarixlərində G1-G3 səviyyələri arasında dəyişəcək.
 
Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

Ednews  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Belə ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətinin məlumatına görə, Yerin maqnit sahəsində pozulma beş göstəricili monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəsinə yüksəlib.

Yəni, Yer kürəsində enerji sistemləri, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallarla bağlı problemlər ola bilər. Peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsində fasilələr də yarana bilər.
Həmçinin Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, geomaqnit qasırğası 11-12 may tarixlərində gün ərzində əsasən G1-G3 səviyyələri arasında dəyişəcək, bu gün Bakı vaxtı ilə saat 09.00-12.00 radələrində qasırğanın güclənəcəyi, G4 səviyyəsinə qədər yüksələcəyi proqnozlaşdırılır. 13 may tarixindən etibarən isə geomaqnit sahə normal səviyyəyə enəcək.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
28
ednews.net

10Mənbələr