AZ

Rəfdən çips torbasını götürüb qaçan qarğa satıcını təəccübləndirdi - VİDEO

Türkiyədə bir qarğanın marketin qarşısındakı rəfdən bir paket çips götürərək uzaqlaşdığı an təhlükəsizlik kamerasına düşüb.

Gülməli görüntülər Trabzonun Ortahisar rayonunda qeydə alınıb.

Kadrlarda quşun bir müddət “ovunu” uzaqdan izlədiyi, sonra diqqət çəkmədən rəfə yaxınlaşaraq çips paketini oğurlayaraq uçduğu görünür.

Dükanın sahibi videonu izlədikdə gözlərinə inanmadığını bildirib. Görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və böyük maraqla qarşılanıb.

Mənbə: “Anadolu” Agentliyi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
2
oxu.az

10Mənbələr