AZ

Kotlet bişiriləndə edilən səhvlər – Faydalı məsləhətlər

Kotletlər bir çoxları tərəfindən sevilən yemək növüdür. Ancaq onu bişirən zamana bəzən səhvlərə yol verilir. Nəticədə o dağılır və ya istənilən kimi yumşaq olmur.

NOCOMMENT.az lent.az-a istinadən kotletin bişirilməsi zamanı edilən bir sıra səhvləri təqdim edir:

Toyuq yumurtası

Çox az adam bilir ki, bir çox aşpazlar və təcrübəli evdar qadınlar kotlet hazırlamaq prosesində toyuq yumurtasından istifadə etməyi yığışdırıblar. Ancaq yumurta kotletin tərkib hissələrinin yaxşı birləşməsi üçün əsas meyardır. Çalışıb lazımi miqdarda yumurtadan istifadə edilməlidir. Çox istifadə zamanı isə bərk kotletlər alına bilər.

Süd

Bir çox evdar qadın kotlet hazırlamaq üçün süddən istifadə edir. Çəkilmiş ətə əlavə olunan çörəyin islanması üçün bu vacib faktordur. Ancaq bununla belə kotletlərə su əlavə etmək daha məqsədəuyğundur. Çünki su kotletləri daha yumşaq və dadlı edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
1

1Mənbələr

Şərh ()
Bağla