AZ

Gürcüstanda uşaqları diləndirən şəbəkə ifşa edildi

Gürcüstanın paytaxtı Tiflisdə və Acarıstan Muxtar Vilayətində turistləri soyan və dilənçilər şəbəkəsini idarə edən əcnəbilər də daxil olmaqla, 15 nəfər yaxalanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, saxlanılanlardan ən böyüyünün 61, kiçiyinin isə 16 yaşı var. İstintaq müəyyən edib ki, saxlanılan şəxslər uşaq əməyinin istismarı üçün xüsusi sxem hazırlayıb övladlarını dilənməyə məcbur ediblər və pulu mənimsəyiblər.

Saxlanılan şəxsləri 17 ilə qədər həbs gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
7
buta.tv

8Mənbələr