AZ

Tramp Baydeni debata çağırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydenə onunla debat keçirmək vədini xatırladıb və müzakirəyə hazır olduğunu qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın “Fox News” telekanalı məlumat yayıb.

“Hörmətli Co, indi ölməkdə olan Howard Stern Şousu ilə bağlı debat etməyə razılaşdığınız üçün, gəlin bunu indi edək. Mən hər yerə getməyə hazıram”, – Tramp bildirib.

Mayın 10-da Bayden seçki yarışında rəqibi Donald Trampla debatda iştirak etməyə nə vaxt hazır olduğu ilə bağlı sualı cavablandırarkən “Bunu təşkil edin”, – deyə ABŞ Prezidenti bildirmişdi.

Tramp bildirib ki, o, Baydenlə müzakirə üçün istənilən vaxt görüşməyə hazırdır. Keçmiş prezident əmindir ki, Bayden belə debat keçirə bilməz və ya keçirmək istəmir, lakin ona böyük təzyiqlər olacaq, ona görə də sonda bu addımı atmalı olacaq.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Donald Tramp və Co Bayden bu vəzifəyə əsas namizədlər hesab edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
nocomment.az

10Mənbələr