AZ

Belarusun Baş Qərargah rəisi işdən çıxarıldı

Viktor Quleviç Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Pul Pervoqo” Telegram kanalı məlumat yayıb.

Vurğulanıb ki, Belarus prezidenti Aleksandr Lukaşenko Quleviçin vəzifədən azad edilməsi haqqında 192 saylı fərmanı imzalayıb.

“General-mayor Viktor Quleviç Silahlı Qüvvələrin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib”, – Lukaşenkonun sərəncamında deyilir.

Qeyd olunur ki, Baş Qərargah rəisi hərbi xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ordu sıralarından ehtiyata buraxılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
11
nocomment.az

10Mənbələr