AZ

Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı

PSJ-nin ulduz futbolçusu Kilian Mbappe bu mövsümün sonunda Paris klubundan ayrılacaq.

Busaat.az xəbər verir ki, o, bu barədə rəsmi instaqram hesabında paylaşım edib.

“Hamınıza bildirmək istəyirəm ki, PSJ-də son mövsümümü keçirirəm. Müqaviləmi yeniləməyəcəyəm, ona görə də bu macəra bir neçə həftəyə bitəcək” – 25 yaşlı hücumçu bildirib.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
3
busaat.az

3Mənbələr