AZ

İrəvanda növbəti etiraz mitinqi keçiriləcək

İrəvanın mərkəzində növbəti etiraz aksiyası bazar günü keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu "Vətən adına Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan mitinqdə bildirib.

"Bazar günü axşama qədər demarkasiya və delimitasiya, sülh danışıqları və bu danışıqların davamlılığı ilə bağlı dəqiq konsepsiya hazırlayıb formalaşdırmaq lazımdır. Və bazar günü saat 18:30-da (Bakı vaxtı ilə 17:30) biz Respublika meydanında toplaşırıq və yaxın gələcəkdə hansı konkret addımlar atacağımıza qərar veririk", - arxiyepiskop bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
3
iqtisadiyyat.az

4Mənbələr