Nigeriya yığmasını sabiq futbolçusu, DÇ-1998-in iştirakçısı Ticani Babangida ölümlə nəticələnən qəzaya düşüb.
Publika.az xəbər verir ki, bu barədə “Afrik-Foot” məlumat yayıb.
Mayın 9-da Nigeriyada baş verən avtomobil qəzasında 50 yaşlı Ticaninin qardaşı, keçmiş futbolçu İbrahim Babangida həlak olub. Ticaninin özü və avtomobildə olan həyat yoldaşı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.