AZ

Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kolketivləri ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin əməkdaşları eləcədə gənc könüllülər iştirak ediblər.

Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində təşkil edilən aksiya zamanı torpaq-iqlim şəraitinə uyğun 101 ədəd ağac əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin eidlib.

Aksiyanın məqsədi ölkəmizdə ətraf mühitin qorunmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mühitin sağlamlaşdırılmasına töhfə vermək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olub.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
1
olaylar.az

2Mənbələr