AZ

Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək

Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

“Mən onlara dedim ki, indi səfər üçün yaxşı vaxt deyil, çünki “xarici agentlər” haqqında qanun layihəsinin üçüncü oxunuşu olacaq. Təəssüf ki, onlar mənim məsləhətlərimi nəzərə almadılar”, - Şalva Papuaşvili deyib.

Qeyd edək ki, mayın 13-14-də Almaniya, Polşa, Çexiya və Baltikyanı ölkələrin parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin sədrləri Gürcüstana səfər edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
292
50

1Mənbələr

Şərh ()
Bağla