AZ

Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq

Birləşmiş Ərəb Əmirliklərində ənənəvi “Şarja Masters” beynəlxalq şahmat turniri keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, mayın 14-də start götürəcək yarışda ölkəmizi Teymur Rəcəbov təmsil edəcək.

Qeyd edək ki, təşkilatçılar tərəfindən hazırlanan “Şarja Masters”in afişasında Azərbaycan şahmatçısı Teymur Rəcəbov da yer alıb. Turnirə mayın 22-də yekun vurulacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
4
90deqiqe.az

5Mənbələr