AZ

Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanması ilə məhdudlaşmamalıdır - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hesab edir ki, regionda bütün nəqliyyat kommunikasiyalarını açmaq lazımdır.

Olaylar erməni KİV-ə istinadən xəbər verir ki, Ararat Mirzoyan azərbaycanlı və qazaxıstanlı həmkarları ilə Almatıda görüş zamanı bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanması ilə məhdudlaşmamalıdır.

"Biz daha irəli gedərək bölgədəki bütün nəqliyyat kommunikasiyalarını aça bilərik", - deyə Mirzoyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan sülhə və sülh müqaviləsinin bağlanmasına yönəlib.

"Biz danışıqlar prosesinə çox konstruktiv şəkildə cəlb olunmuşuq", - deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 10-da Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qazaxıstan XİN rəhbəri Murat Nurtleunun iştirakı ilə danışıqlar aparılır. Görüşün sonunda onlar mətbuata açıqlama ilə çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
olaylar.az

2Mənbələr