Bakı, 10 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 4 ayında proqnozla müqayisədə 2,2 faiz və ya 47 milyon manat çox olmaqla 2 milyard 169 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 10 faiz və ya 157 milyon manat artaraq 1 milyard 811 milyon manat olub.
Yanvar-aprel aylarında DSMF-nin xərcləri 2 milyard 271 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 267 milyon manat çoxdur.