AZ

Saşa Boey “Qalatasaray”a qayıdır

Saşa Boey “Bavariya”da istənilən performansı göstərə bilmədiyi üçün “Qalatasaray”a qayıdır.
 
Moderator.az xəbər verir ki, məlumata görə, fransalı müdafiəçi Almaniya klubunda zədədən əziyyət çəkdiyi üçün əsas heyətdə cəmi 109 dəqiqə çıxış edə bilib.
 
Qış transfer pəncərəsində 25 milyon avroya transfer olunan Saşa Boey mövsümün sonunda yenidən “Qalatasaray” klubuna qayıdacaq. Bu barədə Türkiyə mediası xəbər yayıb.
 
Qeyd edək ki, tərəflər arasında danışıqlar yekunlaşıb, amma “Qalatasaray”ın Saşa Boey üçün ödəyəcəyi məbləğ barədə məlumat verilməyib.
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
moderator.az

3Mənbələr