AZ

Şuşada dördüncü quyudibi seysmoloji stansiya qurulur - Qurban Yetirmişli

Image

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda dördüncü quyudibi seysmoloji stansiya qurulur. Onun sözlərinə görə, Şuşada inşa olunan bu seysmoloji stansiyanın qurulması istiqamətində ilkin işlər başa çatıb:

"Hazırda abadlıq işləri və stansiyanın quraşdırılması qalıb. Stansiya Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən Azərbaycana hədiyyə edilib. Bu, Azərbaycanda dördüncü quyudibi stansiya olacaq, 100 metr dərinlikdə yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacağıq. Əhali köçdükcə orada işlə təmin olunacaq".

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
293
24
baki-xeber.com

10Mənbələr