AZ

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır    

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Anar Hüseynov və elmi işçi Şəfiqə Feyzullayeva Ağdam rayonunda elmi ezamiyyətdə olublar.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, ezamiyyə zamanı Ağdam rayonu Əhmədağalı kəndində yeni bərpa edilmiş – Çinarlı, Heyvalı-1, Xanəhməd, Qurddu kəhrizlərində müşahidələr aparıb suyun mikrobioloji aspektdən vəziyyətinin qiymətləndirmək məqsədilə laboratoriya analizləri üçün nümunələr götürülüb. Nümunə götürülən suyun fiziki xüsusiyyətləri və pH yerindəcə təyin edilib.

 

Kəhrizdən götürülən nümunələrdə suyun bioloji təmizliyini və içməyə yararlığını müəyyən etmək məqsədilə suda biogen elementlərin miqdarın və müxtəlif qrup saprofit və patogen bakteriyaların geniş tədqiqi nəzərdə tutulub.

 

Ezamiyyət uğurla başa çatdırılıb. Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laborotoriyasında artıq tədqiqatlara başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
aztibb.az

3Mənbələr