AZ

Erməni keşiş Paşinyana meydan oxudu - İrəvanda aksiyalar qızışır - VİDEO

Hazırda Ermənistanın paytaxtı İrəvanın müxtəlif yerlərində  etiraz aksiyaları keçirlir.

Modern.az xəbər verir ki, Respublika meydanından yürüşə başlayan etirazçılar İrəvan Dövlət Universitetinə doğru irəliləyirlər.

Bunu mətbuata mayın 10-da İrəvanın Respublika meydanında mitinqin rəhbəri - Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

O, həmçinin vurğulayıb ki, bu gün saat 18:30-da yenidən Respublika meydanına toplaşacaqlar.

“Şəhərin müxtəlif yerlərini gəzəcəyik, gənclərlə, tələbələrlə görüşüb müzakirələr aparacağıq, məsləhətləşəcəyik. Hakimiyyət məni nə məhkəmə ilə, nə həbslə, nə də ölümlə qorxuda bilər”, - deyə Tavuş yeparxiyasının keşişi vurğulayıb.

Son məlumatlara görə, Baqrat Qalstanyanın çağırışı ilə etirazçılar İrəvan və regionlarda bir sıra yolları bağlayıb.

Ermənistan-İran dövlətlərarası avtomobil yolunun Yeqnadzor hissəsinin,  Ararat rayonundan İrəvana girişin də bağlandığı bildirilir.

İrəvanda bir qrup vətəndaş Teryan-Moskovyan kəsişməsini, eləcə də Maştots prospektini bağlayıb.

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 10-u səhər saatlarında bütün mümkün yerlərdə itaətsizlik aksiyalarına başlamağa çağırıb. O, baş nazir Nikol Paşinyandan istefa tələb edir, Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
13
modern.az

10Mənbələr