AZ

SİF: Qarabağda zəmanət və subsidiya mexanizminə ilk sahibkar müraciəti olub

Kredit-zəmanət və subsidiya mexanizmi çərçivəsində Şuşa şəhərində bir sahibkarlıq subyekti kommersiya bankından götürdüyü 800 min manat kreditə qarşı 90%-ə qədər zəmanətlə təmin edilib.

Qarabağda işləyən sahibkarlar üçün – GÜZƏŞTLƏR AÇIQLANDI

FED.az xəbər verir ki, bunu  İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xalıyev deyib.

"Fond artıq həmin kredit üzrə faizlərin 10 % bəndinin subsidiyalaşdırılmasına başlayıb", - deyə, əlavə edib.

O, bildirib ki, kredit-zəmanət və subsidiya mexanizminə əsasən, sahibkarlar müvəkkil kredit təşkilatlarından maksimum 5 milyon manatadək krediti 7 il müddətinə götürə bilər:

"Kreditin faiz dərəcəsi maksimum 15 %-dir. Bunun 10 % bəndini Fond sahibkarın əvəzinə subsidiyalaşdırır". (Apa)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
5
fed.az

5Mənbələr