AZ

“NATO ölkələri müdafiə xərclərini artırmalıdır” - Devid Kemeron

“NATO-ya üzv ölkələr Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsi səbəbindən müdafiə xərclərini artırmalıdır”.


Missiya.Az “Politico” ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.


O, bildirib ki, Tallindən Varşavaya, Praqadan Buxarestə qədər Avropa qitəsini yenidən soyuq bürüyür və Rusiyaya ən yaxın olan ölkələr Ukraynada baş verənləri sadəcə izləyir.


"Bu dünya bizim çoxumuzun bildiyindən daha təhlükəli, daha qeyri-sabit, daha qarşıdurmalıdır. Biz bu faktı dərk etməli və ona uyğun hərəkət etməliyik", - deyə Kemeron vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
missiya.az

1Mənbələr