İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı vəziyyətlə bağlı ABŞ prezidenti Co Baydenlə fikir ayrılıqlarından danışıb və onların aradan qaldırıla biləcəyinə əminliyini bildirib. Bu barədə “Haaretz” məlumat yayıb.
“Bizim tez-tez razılaşmalarımız olub, lakin fikir ayrılıqları da olub. Biz onların öhdəsindən gələ bildik. Ümid edirəm ki, biz indi onların öhdəsindən gələcəyik”, - İsrailin baş naziri bildirib.
Netanyahu İsrailin Qəzzada qələbəni çılpaq əlləri ilə əldə etməyə hazır olduğunu bəyan etdi
O, yəhudi dövlətinin özünü qorumaq üçün əlindən gələni etmək niyyətində olduğunu vurğulayıb.