AZ

"Bank Respublika"nın səhmdarlarının növbəti ümumi yığıncağı  keçiriləcək

24 iyun 2024-cü il tarixdə saat 12:00-da "Bank Respublika"ASC səhmdarlarının növbəti ümumi yığıncağı  keçiriləcək.

 FED.az xəbər verir ki, yığıncaq Xaqani  küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində baş tutacaq.

Gündəlikdəki məsələlər:

1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2023-cü il üçün Kənar audit yoxlamasının nəticələri haqqında.
4. "Bank Respublika"Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2023-cü il üzrə illik hesabatının təsdiqi.
5. "Bank Respublika" ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi haqqında.
6. "Bank Respublika" ASC-nin Mükafatlandırma Siyasətinin təsdiq edilməsi haqqında.
7. "Bank Respublika" ASC-nin Dividend Siyasətinin təsdiq edilməsi haqqında.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
4
fed.az

4Mənbələr