Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura tart veriləcək.
Msport.az xəbər verir ki, turun ilk oyun günündə tarixi derbi baş tutacaq.
“Neftçi” “Kəpəz”i qəbul edəcək.”Neftçi” Arena”da keçiriləcək qarşılşama 19:00-da başlayacaq. “Neftçi” hazırda 50 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır. “Kəpəz” isə 35 xalla 8-ci yerdədir.
Qeyd edək ki, turun digər oyunları mayın 11 və 12-də baş tutacaq.