AZ

ABŞ-ın Tayvandan kritik asılılığı

ABŞ iqtisadiyyatı Tayvanda istehsal olunan qabaqcıl çiplərdən kritik dərəcədə asılıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Cina Raymondo Konqresdəki dinləmələrdə bildirib.

Raymondun sözlərinə görə, Birləşmiş Ştatlar tələb olunan qabaqcıl çiplərin 92%-ni Tayvandakı TSMC-dən alır.

“Onlar Birləşmiş Ştatlarda istehsal etdiyimiz hər şeydən çox irəlidədirlər”, – Cina Raymondo vurğulayıb.

Qeyd edək ki, TSMC dünyanın ən böyük elektron çip istehsalçılarından biridir. 2023-cü ildə TSMC gəlir baxımından Intel və Samsung-u qabaqlayaraq 69,3 milyard dollar qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
nocomment.az

1Mənbələr