“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurdu
Sumqayıtda "Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.Manset.az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib. Belə ki, ASC-də elektrik işləyən Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Vaqif oğlu Quliyev iş görən zaman onu cərəyan vurub. Termik yanıq xəsarətləri alan E.Quliyev xəstəxanaya çatdırılıb.