AZ

“Şamaxı“dan qələbə, liderdən xal itkisi

Azərbaycan 1-ci liqasında 25-ci tura yekun vurulub.

Bu gün 4 qarşılaşma keçirilib.

Turun mərkəzi görüşündə "İmişli" öz meydanında lider "Qaradağ Lökbatan"ı qəbul edib. Oyunda qapılara qol vurulmayıb.

Çempionluq mübarizəsini davam etdirən "Şamaxı" isə evdə "Karvan"dan üstün olub - 3:0.

Bu nəticələrdən sonra lider "Qaradağ-Lökbatan"ın 53, 2-ci pillədə qərarlaşan "Şamaxı"nın isə 51 xalı var. Növbəti tur bu iki komanda üz-üzə gələcək. Bu vacib matç mayın 16-da keçiriləcək.

 "Araz Saatlı" - MOİK - 0:5

Qollar: Elmir Rəhimzadə, 38, 47, 62, Cavidan Abbaszadə, 90, Elvin Valiev, 90+3

"Şamaxı" - "Karvan" - 3:0

Qollar: Emin Zamanov, 19, Qurban Səfərov, 38, Bəhruz Teymurov, 54

"Mingəçevir" - "Zaqatala" - 0:0

"İmişli" - "Qaradağ Lökbatan" - 0:0


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
2
news365.az

10Mənbələr