AZ

Birinci Liqa: Lider xal itirdi, MOİK-lə “Şamaxı” darmadağına sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Səfərdə “İmişli” ilə qarşılaşan lider “Qaradağ Lökbatan” xal itkisi ilə üzləşib. “Mingəçevir” – “Zaqatala” matçında da qapılara qol vurulmayıb.

“Araz Saatlı”nın qonağı olan MOİK bu oyunda 5 cavabsız qola sevinib. “Şamaxı” da “Karvan”la ev oyunundan darmadağınla ayrılıb.

Birinci Liqa
25-ci tur
8 may

“İrəvan” – “Difai Ağsu” 0:0
Hakimlər: Elvin Bayramov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “ASK Arena”, 15:00.

9 may

“Araz Saatlı” – MOİK 0:5
Qollar: Elmir Rəhimzadə, 38-pen; 47; 62. Cavidan Abbaszadə, 90. Elvin Valiyev, 90+2.
Hakimlər: Rövşən Rəcəbov, Asif Abdullayev, Sənan Atayev, Murad Səlimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Saatlı OİK stadionu, 16:00.

“Şamaxı” – “Karvan” 3:0
Qollar: Emin Zamanov, 19. Qurban Səfərov, 38. Bəhruz Teymurov, 54.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rəhman Aslanov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Şamaxı şəhər stadionu, 16:30.

“İmişli” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: İnqiliab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00.

“Mingəçevir” – “Zaqatala” 0:0
Hakimlər: Rauf Allahverdiyev, Orxan İbişov, Aydın Baxşıyev, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 17:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
2
arena.az

10Mənbələr