AZ

Peskov təsdiqlədi: Rus sərhədçilər Ermənistandan çıxır

Vladimir Putin və Nikol Paşinyan Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə razılığa gəliblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Buna baxmayaraq, Ermənistan tərəfinin xahişi ilə rus sərhədçilər İran və Türkiyə ilə sərhədi qorumağa davam edəcəklər", - Peskov əlavə edib.

Qeyd edək ki, ötən gün Ermənistanın hökumətyönlü "Baqramyan" kanalı Putinlə Paşinyan arasındakı görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanını, eyni zamanda bu ölkənin Qərbi Zəngəzur, Dərələyəz, Göyçə, Ararat, Tavuşdakı məntəqələrindən çıxarılmasını razılaşdırdıqları haqda məlumat yaymışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
3
milli.az

4Mənbələr