AZ

Emoməli Rəhmon: “Rusiya Tacikistanın strateji tərəfdaşıdır”

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə Rusiyanın Tacikistan üçün strateji tərəfdaş və müttəfiq olduğunu və Düşənbənin bu mövqeyini dəyişməyəcəyini bildirib.

"Cebhe.info" bu barədə "TASS"a istinadən xəbər verir.

 Prezident bildirib ki, düşmənlər onların dağılmağını istəyir:

“İnanıram ki, Rusiyanın Tacikistanın strateji tərəfdaşı və müttəfiqi olması ilə bağlı nöqteyi-nəzərimizdən xəbərdarsınız. Rusiya sərhədləri xaricində, xüsusən də Tacikistanda ən böyük hərbi bazasını saxlayır.

Bütün bu illər ərzində biz öz baxışımızı dəyişməmişik və dəyişməyəcəyik. Rusiya və Tacikistan qlobal çağırışlara və təhdidlərə qarşı birgə mübarizə aparmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
cebheinfo.az

1Mənbələr