AZ

Bu da oldu: Messinin salfeti hərraca çıxarıldı 

Argentinalı hücumçu Lionel Messinin "Barselona" ilə ilk müqaviləsini imzaladığı vaxt yanında olan salfet hərraca çıxarılıb. 

Yenisabah.az xəbət verir ki, hərracın başlanğıc qiyməti 300 min funt sterlinqdir. Hərrac mayın 17-dək davam edəcək. 

Qeyd edək ki, Messi "Barselona"nın yetirməsidir. Hücumçu 2003-cü ildə klubun əsas komandasında oynamağa başlayıb. O, Kataloniya təmsilçisi ilə 10 dəfə İspaniya çempionu olub, 7 dəfə İspaniya kubokunu və 4 dəfə Çempionlar Liqasını qazanıb. 

2021-ci ildə Messi "Barselona"dan ayrılıb və azad agent kimi PSJ-yə keçib. O, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
8
yenisabah.az

10Mənbələr