AZ

Ukraynada bu məhbuslar səfərbərliyə cəlb olunacaq

Mayın 8-də Ukrayna Ali Radası məhbusların könüllü səfərbərliyi haqqında qanun qəbul edib.

Olaylar Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin sədri Yelena Şulyak bəyan edib.

Onun sözlərinə görə, qəsdən adamöldürmə, zorlama törətmiş və pedofil şəxslərlə yanaşı, Ukraynanın milli təhlükəsizliyin əsaslarına qarşı çıxan korrupsionerlər, həmçinin xüsusi məsul vəzifə tutmuş şəxslər - xüsusilə deputatlar və nazirlər Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil ola bilməzlər.

O qeyd edib ki, qəbul olunmuş qanun layihəsinin son versiyasında Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət üçün qəsdən qətl törətməyənlərin şərti olaraq azad edilməsinə icazə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
2
olaylar.az

10Mənbələr