AZ

Türkiyədən “Meta”ya milyon dollarlıq cərimə

Türkiyənin antiinhisar tənzimləyici orqanı olan Rəqabət Şurası "Meta" korporasiyasına şirkətin fəaliyyəti ilə bağlı başa çatmış iki proses üzrə 1,23 milyard lirə (təxminən 38,5 milyon dollar) məbləğində cərimə kəsib.

Olaylar bildirir ki, cərimələr tənzimləyicinin 2023-cü ildən bəri ABŞ korporasiyasına qarşı tətbiq etdiyi iki ayrı icraatın yekunu kimi kəsilib.

Onlardan biri "Facebook", "Instagram" sosial şəbəkələri və "WhatsApp" mesencerinə, digəri isə "Threads" sosial şəbəkəsinə aiddir. Şikayətlər arasında bu xidmətlərin istifadəçilərinin şəxsi məlumatlarının məcburi şəkildə digər "Meta" bölmələrinə ötürülməsi də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
7
olaylar.az

10Mənbələr