AZ

“Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 11-12 may tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. 

"Cebhe.info" xəbər verir ki,  yarmarkada ümumilikdə 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, burada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
17
Mənbələr
Şərh ()
Bağla