AZ

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

Biz ADA Universitetinin böyük dəstəyi ilə artıq üç gündür Boloniyadayıq və bu müddət ərzində qabaqcıl texnologiyalar tətbiq edən şirkətlərin istehsal prosesləri ilə tanış olmuşuq. Eyni zamanda, Rimini şəhərində keçirilən Avropanın bağçılıq üzrə ən böyük sərgilərindən olan “MacFrut” sərgisində iştirak edirik.

QAZİLER.AZ   AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bunu ADA və Bolonya universitetlərinin birgə layihəsi olan “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı sertifikat proqramının iştirakçısı, “İsmixanlı Group” MMC-nin baş direktoru Nəcəf Cəfərli deyib.

Proqramın üstünlüklərindən danışan N.Cəfərli layihənin həm nəzəri, həm də praktiki bilgilərin artırılmasına dəstək verdiyini qeyd edib.

“İnkişaf etmiş texnologiyalar tətbiq edən müəssisələrin istehsal prosesləri ilə tanışlıq bizə gələcəkdə ixrac potensialımızı artırmağa imkan yaradacaq, həmçinin yeni texnologiyaları ölkəmizdə tətbiq etməklə qabaqcıl istehsal müəssisəsinin yaradılmasına dəstək verəcək. Ümid edirik ki, “MacFrut” sərgisində iştirakımız şirkətimizin ixrac potensialının artırılması və şaxələndirilməsi baxımından yeni imkanlar yaradacaq və məhsuldar keçəcək. Çünki məqsədimiz “Made in Azerbaijan” brendini dünyada düzgün təmsil etmək və buna uyğun ixrac imkanları tətbiq etməkdir”, - deyən baş direktor sərgidə iştirak etdikləri üçün ADA Universitetinə və təşkilatçılara təşəkkürünü bildirib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
1
qaziler.az

2Mənbələr