AZ

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyimünasibətilə və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”elan edilməsi ilə bağlı İordaniya Haşimilər Krallığının paytaxtıƏmman şəhərində yerləşən Yeni Bədr rayonunda Heydər Əliyevin adınıdaşıyan küçənin üzərindəki İordaniya-Azərbaycan dostluq rəmzinibildirən dairədə ağacəkmə aksiyası keçirilib.

Ölkəmizin İordaniyadakı səfirliyindən Trend-ə bildirilib ki,Əmman Böyükşəhər Bələdiyyəsinin nümayəndələri və Yeni BədrBələdiyyəsinin rəhbər heyətinin, eləcə də Azərbaycan diasporfəallarının və səfirliyin əməkdaşlarının iştirakı ilə təşkil edilənaksiyada səfir Eldar Səlimov xalqımızın Ümummilli Liderinin həyatıvə fəaliyyəti ətrafında geniş bəhs edib.

Səfir qonaqların diqqətini Ulu Öndərin dövlətimizin vəxalqımızın istər SSRİ dönəmində, istərsə də müasir tarixindəkiroluna yönəldərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyamiqyasında böyük nüfuz və ehtiram sahibi olan bugünkü Azərbaycanınməhz Ümummilli Lider Heydər Əliyevin mirası olduğunu xüsusi qeydedib. O, iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinintəməlinin 1994-cü il tarixində İslam Əməkdaşlıq TəşkilatınınKasablanka Zirvə görüşü çərçivəsində Ümummilli Lider Heydər Əliyevvə İordaniya Haşimilər Krallığının mərhum Kralı Əl-Hüseyn İbn Talalarasında keçirilmiş tarixi görüş zamanı qoyulduğunu və sonrakıillərdə bu əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev vəİordaniya Kralı II Abdullah bin Əl-Hüseynin birbaşa dəstəyi ilədaha da möhkəmləndiyini tədbir iştirakçılarının diqqətinəçatdırıb.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünyanaminə həmrəylik ili” elan edildiyini xatırladan E.Səlimovölkəmizdə geniş vüsət alan ağacəkmə aksiyalarının məqsədininictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına,yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işiniümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitinmühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdənibarət olduğunu bildirib və bu gün paytaxt Əmmanın ən gözəlgüşələrindən birində yerləşən, Heydər Əliyevin adını daşıyan küçədədə ağacəkmə aksiyasının keçirilməsinin yaşıl dünyamız naminədövlətlər və xalqlar arasında həmrəyliyin təzahürü olduğunu qeydedib.

Əmman Böyükşəhər Bələdiyyəsinin Ətraf mühit və rayonlar Başİdarəsinin rəisi Zaid Al Saada və Yeni Bədr rayonunun başarxitektoru Yahya əl-Hasanat çıxış edərək, iki dost ölkə arasındaəlaqələrin inkişafından məmnunluqlarını bildirib və Azərbaycansəfirliyi tərəfindən ağacəkmə aksiyasının keçirilməsinin paytaxtbələdiyyəsinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyiniqeyd ediblər.

Sonra Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçədətədbir iştirakçılarının iştirakı ilə ağaclar əkilib.

İordaniyada
İordaniyada
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
6
az.trend.az

7Mənbələr