AZ

“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlunun evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın cəzası azaldılıb.

Publika.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda onun cəzası bir il azaldılaraq 10 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətə azadlıqdan məhrum edilmişdi.

Təqsirləndirilən şəxs 177.4 maddəsi ilə özünü təqsirli bilmədiyini daha ağır cəza verilməsi üçün vurulmuş ziyanın məbləğinin şişirildiyini deyib.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəylinin İçərişəhərdə yerləşən evində xadimə işləyib. İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun anası Fəridə Qədimovaya məxsus qızıl-zinnət əşyaları və nağd pul oğurlayıblar. O, ümumilikdə Orxan Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.

İstintaq zamanı Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
26
publika.az

10Mənbələr