AZ

Anxel Torres: “Məncə, Meyson Qrinvud bizimlə qalacaq”

İspaniyanın “Xetafe” klubunun prezidenti Anxel Torres komandasının ingilis hücumçusu Meyson Qrinvuda maraq haqda danışıb.

Arena.az Torresin bu barədə fikirlərini təqdim edir:

“Hər şey oğlandan və onun valideynlərindən asılı olsa, o, bizimlə qalacaq. “Mançester Yunayted” onu satmaq istəyir, amma məncə o, bizimlə qalacaq. Madrid “Atletiko”sundan savayı heç kəs məndən onun haqqında soruşmayıb. Mən Joan Laporta (“Barselona”nın prezidenti) ilə söhbət etdim, o, məni ziyarət edərkən onun haqda soruşmuşdu. Mən onunla və Deku ilə (“Barselona”nın idman direktoru) oğlanın oyunu haqqında danışdım, onlar bunu bəyənirlər”, deyə Anxel Torres bildirib.

Xatırladaq ki, Meyson Qrinvud “Xetafe”də “Mançester Yunayted”də icarə əsasında çıxış edir.

Qrinvud “Mançester Yunayted”in yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında çıxış erməyə başlayıb. Amma Qrinvud 2022-ci ilin 30 yanvar tarixindən rəsmi oyunlarda iştirak etmirdi. Meyson zorlamaya cəhd və hücumda şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox “qırmızı şeytanlar”ın heyətində oynamayıb.

Ümumilikdə isə Meyson “qırmızı şeytanlar”ın heyətində 129 oyuna çıxıb, 35 qol vurub, 12 məhsuldar ötürmə verib.

Qrinvuda qarşı cinayət işinə 2023-cü ilin fevralında xitam verilsə də, o, komandanın məşqlərindən və oyunlarından uzaqlaşdırıldığı üçün futboldan kənarda qalmalı olub. Ötən yay futbolçu, onu zorlamada ittiham edən qadından uşaq sahibi – ata olub.

Bu xoşagəlməz məsələ ilə bağlı daxili təhqiqatına yekun vurmuş “Mançester Yunayted” Qrinvudla əməkdaşlığına qarşılıqlı surətdə xitam verdiyi haqda qərarını açıqlamışdı. Öz növbəsində, təqsirini dərk etmiş Qrinvud “qırmızı şeytanlar”ın rəhbərliyinin müvafiq qərarı ilə razılaşıb. Gənc futbolçunun karyerasını “Mançester Yunayted”dən kənarda davam etdirməsi daha düzgün hesab edilib.

Beləliklə, Qrinvud 2023/2024 mövsümünü icarə əsasında “Xetafe”də keçirir. Tərəflər arasındakı müqavilə 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfer hüquqlarının məxsus olduğu “Mançester Yunayted”lə isə Qrinvudun 2025-cilin iyun ayının sonuna qədər müqaviləsi var.

Cari mövsümdə Qrinvud “Xetafe”nin heyətində 32 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
arena.az

1Mənbələr