AZ

Viçentso İtalyano: “Fiorentina” üçün hər oyun ölüm-dirimdir”

“Fiorentina”nın baş məşqçisi Vinçentso İtalyano Konfrans Liqasının yarımfinalında “Brügge” ilə cavab oyunu haqda danışıb.

Arena.az xatırladır ki, Florensiyada keçirilmiş ilk oyunda “bənövşələr” 3:2 hesablı qələbə qazanmışdılar.

“Hələ görüləsi işlərimiz var. Biz bir qol üstünlüyündən yararlanmalı və diqqətimizi yayındırmağa qoymadan, ilk oyundakı kimi oynamağa davam etməliyik.

Buradakı fəaliyyətimin əvvəlində mən Avropa yarışlarında iştirak etmək istəyirdim və birinci ildə bunu bacardıq. Keçən il 17 əlavə oyun, bu il 13, iki il ərzində avrokuboklarda cəmi 30 oyun oynadıq. Bu, daha yaxşı olmağımıza kömək edən mühüm təcrübədir. Avrokuboklarda oynamaq təcrübəsi gözəldir və bu oyunçularla bunu bacardığım üçün şadam. Burada bizim üçün hər oyun ölüm-dirimdir”, – “Football Italia” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, komandalar arasında cavab oyunu bu gün, mayın 8-də Brüggedə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
arena.az

1Mənbələr