AZ

Beyində yeni yaddaş mexanizmi aşkarlandı

Bakı. Trend:

Los-Ancelesdəki Kaliforniya Universitetindən olan amerikalıalimlər bu vaxtadək naməlum olan yaddaş mexanizmi aşkar ediblər. O,xatirələr yaradır və yuxu zamanı fəaliyyət göstərərək orqanizminmetabolik itkilərini azaldır.

Trend xarici mediaya istinadən xəbər verir ki, tədqiqat “NatureCommunications” (“NatComms”) elmi jurnalında dərc edilib.

Araşdırmaya əsasən, yaddaşın yeni növ vəziyyəti beynin entorinalqabıq adlanan mərkəzi hissəsi ilə əlaqəlidir. Bu hissə demensiyanövlərindən biri – Alzheimer xəstəliyinin inkişafı ilə dəəlaqəlidir.

Komanda entorinal qabığın neyronlarının membran potensialınıölçüb, beynin entorinal qabığa siqnal ötürən hissəsini - əmgəkqabığının fəallığını da dəyərləndirib.

Müəlliflər müşahidə ediblər ki, əmgək qabığından gələn siqnallarinsanın yatdığı zaman beyin çərçivəsində “yandırılıb” və“söndürülüb” rejimləri arasında müəyyən fasilədən sonradəyişir.

Eyni zamanda, entorinal qabıqda fəallıq hətta yuxu zamanı daqorunub saxlanılır, su üzərindəki dalğalar kimi enib-qalxır.Alimlər yaddaşın bu növ mövcudluğunu “öz-özünə əmələ gələn daimihərəkətsizlik” adlandırıblar.

Komanda araşdırıb ki, entorinal qabığın fasiləsiz hərəkətiorqanizmin enerjisini demək olar sərf etmir və bununla yanaşı,insana əlçatan olan yaddaş həcmini iki dəfə artırır.

Tədqiqatçılar hesab edir ki, Alzheimer xəstəliyi zamanı vədemensiyanın digər formalarında əmələ gələn koqnitiv pozulmalaronların aşkarladıqları yaddaş mexanizmi ilə bağlı ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
5
az.trend.az

6Mənbələr