AZ

Ermənistan KTMT-ni maliyyələşdirməyəcək

Ermənistan KTMT-ni maliyyələşdirməyəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Ani Badalyan "Factor"un sorğusuna cavab olaraq bildirilib.
O qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.
“Ermənistan Respublikası “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının büdcəsi haqqında” 23 noyabr 2023-cü ildə qəbul edilən qərarın tərəfi olmayacaq və sözü gedən qurumun fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək. Lakin bununla belə Ermənistan bu barədə qərarın məhdud tərkibdə qəbuluna etiraz etmir”, - XİN sözçüsü vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
7
bakivaxti.az

10Mənbələr