AZ

Goranboyda mikroavtobusun qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

“Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb”.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

O, qeyd edib ki, hadisə “Niva” və “QAZel” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Qəzada xəsarət alan olmayıb.

***************

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, “QAZel” markalı mikroavtobusla “Niva” markalı minik maşını toqquşublar. Bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Mikroavtobusun fəhlələri apardığı bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
18
arazmedia.az

10Mənbələr