AZ

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi bilindi

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə ZaqatalaRayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə bağlı müraciətdaxil olandan dərhal sonra Agentlik əməkdaşları əraziyə ezamedilib.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumatverilib.

Bildirilib ki, zərərçəkənlərin ifadələri əsasında qidaməhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxışkeçirilib.

"Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasdaolan səthlərdən nümunələr götürülərək Azərbaycan QidaTəhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdimolunub.

İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilindəhazırlandığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğunolaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlıdigər nəzarət tədbirləri aparılmaqdadır. Araşdırma nəticəsindəmüəyyən edilib ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (ocümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdimedilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsivə ikincili çirklənməyə səbəb olmasıdır.

Əlavə olaraq bildiririk ki, Agentlik tərəfindən qeyd edilənünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkaredildiyi üçün 2023-cü il 14 dekabr tarixində “Şef Dönər” ictimaiiaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmışuyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburigöstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib.

Qeyd edək ki, 2024-cü ilin ötən dövründə Agentlik tərəfindən 58dönərxanada yoxlama aparılıb. Yoxlamalar zamanı 18 dönərxanadasanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiqməhdudlaşdırıcı qərarlar qəbul edilib", - qurumdan vurğulanıb.

Xatırladaq ki, Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı başverib. Ötən gün axşam saatlarından başlayaraq toyuq dönərindənzəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardımşöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
36
az.trend.az

10Mənbələr