AZ

Məşhur aktyor vəfat etdi - FOTO

Sovet və Estoniya teatr, kino və televiziya aktyoru Evald Aavik vəfat edib.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə Tartu Uus Teatırı məlumat yayıb.

Məlumata görə, Aavik 24 yanvar 1941-ci ildə anadan olub. O, Tartu musiqi məktəbini skripka sinfi üzrə, 1965-ci ildə isə orada, Tartuda Vanemuine Teatrının studiyasını bitirib.

Aktyor Anapada keçirilən "Kinoşok" beynəlxalq kinofestivalının "Georgics" filmində ən yaxşı aktyora görə mükafatını (1998), Fransanın Rouen şəhərində keçirilən beynəlxalq kinofestivalın ən yaxşı aktyor (1999) mükafatını və Minskdə keçirilən beynəlxalq kinofestivalın ən yaxşı kişi roluna görə mükafatla təltif edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
3
milli.az

4Mənbələr