AZ

Malayziyada futbolçunu “yandırıblar” – FOTO

Malayziyada azarkeşlər millinin və "Selanqor" klubunun futbolçusu Faysal Halimə hücum ediblər.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Kuala-Lumpurda alış-veriş edən futbolçunun üzərinə yandırıcı maddə də atılıb.

Halimin boynu, kürəyi, qolu və sinəsində 2-ci dərəcəli yanıqlar yaranıb. Hadisə ilə bağlı 1 nəfər həbs olunub.

Qeyd edək ki, bu, Malayziyada yaşanan ilk belə hadisə deyil. Bundan əvvəl ölkənin əsas komandası və "Terenqanu" klubunun futbolçusu Akyar Raşid də eyni halla üzləşib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
milli.az

3Mənbələr