AZ

Hava xəbərdarlıqlarında rəng şkalasına keçidin əhəmiyyəti açıqlandı

Bakı. Trend:

Təhlükəli atmosfer hadisələri ilə bağlı xəbərdarlıqların tərtibedilməsi və ötürülməsində rəng şkalasına keçidin əhəmiyyətiaçıqlanıb.

Trend-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətininrəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildiribki, son dövrlər qlobal miqyasda müşahidə olunan iqlim dəyişmələriölkəmizin ərazisinə də təsirsiz ötüşməyib.

"İqlim dəyişmələri əsasən havanın temperaturunun yüksəlməsi,yağıntıların azalması, xüsusilə də təhlükəli hidrometeorolojihadisələrin intensivliyinin artması ilə özünü göstərir. Bu da,qlobal miqyasda iqlim dəyişmələrinin, eləcə də təhlükəli atmosferhadisələrinin baş verə biləcək fəsadlarının əvvəlcədən müəyyənedilərək əhaliyə və aidiyyəti qurumlara çatdırılması sisteminin,yəni erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsini ön planaçəkir.

Bu məqsədlə MHX-də müasir müşahidə sistemləri tətbiq olunur,müşahidə şəbəkəsi modernləşdirilir. Belə ki, 2020-ci ildən etibarənson 3-4 il ərzində müşahidə şəbəkəmizdə 40 dəst avtomat hidroloji,17 dəst avtomat meteoroloji, 4 dəst avtomat okeanoloji stansiyaalınaraq quraşdırılmış, 2 dəst radiozond sistemi və 2 dəst doplerhava radarı istifadəyə verilib.

Nəzərinizə çatdırım ki, gözlənilən təhlükəli atmosfer hadisələribarədə xəbərdarlıqlar Milli Hidrometeorologiya Xidmətində tərtibedilir və müvafiq dövlət və özəl qurumlara eləcə də əhaliyəçatdırılır.

Çoxillik müşahidələrimizin nəticələri göstərir ki,respublikamızın ərazisində ən çox rastlaşdığımız təhlükəli atmosferprosesləri güclü küləklər, qasırğalar hesab olunur. Belə güclüküləklər əsasən Bakıda və Abşeron yarımadasında, xüsusilə də Xəzərdənizinin Azərbaycan Respublikasına aid hissəsində müşahidəolunur.

Müxtəlif dövrlərdə dəniz akvatoriyasında sürəti 40 m/saniyəyəçatan güclü qasırğalar müşahidə edilib ki, bu da təsərrüfatsahələrinə zərər vurmaqla yanaşı insan tələfatına da səbəbolub.

Mütəxəsislərimiz tərəfindən təhlükəli atmosfer hadisələrinin,xüsusilə də güclü fırtınalara və qasırğalara səbəb olan atmosferprosesləri barədə xəbərdarlıqların tərtib edilməsi və ötürülməsiilə bağlı inkişaf etmiş Avropa ölkələrinin, eləcə də TürkiyəRespublikasının təcrübəsi öyrənilmişlər. Bununla əlaqədar 2023-cüilin dekabrında aidiyyəti mütəxəssislərimizin iştirakı ilə TürkiyəRespublikasının paytaxtı Ankara şəhərinə səfər təşkil olunmuş,erkən xəbərdarlıqların tərtib edilməsi və aidiyyəti üzrəçatdırılması ilə bağlı türkiyəli həmkarlarla müzakirələraparılıb.

Səfər çərçivəsində Türkiyənin Daxili İşlər Nazirliyinin Fəlakətvə fövqəladə halların idarə edilməsi idarəsində (AFAD) görüşkeçirilib, xəbərdarlıqların rəng şkalası üzrə tərtib edilməsitəcrübəsi öyrənilib. Həmçinin, Avropada geniş istifadə olunan və 38Avropa dövlətinin qoşulduğu “Meteo alarm” sistemindəxəbərdarlıqların rəng şkalası üzrə verilmə metodikası təhliledilmişdir (https://www.meteoalarm.org/en/live/).

Əksər Avropa ölkələrində təhlükəli atmosfer hadisələri “RəngXəbərdarlıq Sistemi” üzrə aşağıdakı kimi təsnifatlandırılır.

İlkin mərhələdə fırtına və qasırğalara səbəb olan güclü küləklərbarədə xəbərdarlıqların rəng şkalasına uyğun tərtib edilməsinəzərdə tutulur. Tərtib olunan xəbərdarlıqların hansı rəngsisteminə aid olmasının müəyyənləşdirilməsi məqsədiləmütəxəssislərimiz Respublikanın ayrı-ayrı bölgələrinin, həmiçininXəzər dəniz akvatoriyasının iqlim şəraiti və relyefi nəzərəalınaraq “Boford” şkalası üzrə qiymətləndirilməsi aparılıblar.

Beaufort (Bofort) şkalası 1963-cü ildə Beynəlxalq MeteorologiyaTəşkilatı (indiki ÜMT) tərəfindən qəbul edilib.
Qeyd edək ki, əksər meteoroloji parametrlərdə olduğu kimi, küləyinsürətinin də təhlükəli həddi əraziyə uyğun olaraqmüəyyənləşdirilir. Respublikamızın rayonları üçün (Abşeronyarımadası və dəniz akvatoriyası istisna olmaqla) sarıxəbərdarlıqlar – küləyin sürətinin 7-8 bala, narıncı xəbərdarlıq -küləyin sürətinin 9-10 bala, qırmızı xəbərdarlıq isə - küləyinsürətinin 11-12 bala çatacağı halda tərtib olunacaq.

Bakı şəhəri, Abşeron rayonu və dəniz akvatoriyasında isə güclüküləklərin tez-tez təkrarlandığını nəzərə alaraq, sarıxəbərdarlıqlar – küləyin sürətinin 8-9 bala, narıncı xəbərdarlıq -küləyin sürətinin 10-11 bala, qırmızı xəbərdarlıq isə - küləyinsürətinin 12 bala çatacağı halda veriləcəkdir. Müsbət münasibətbildiriləcəyi təqdirdə proqnozlaşdırılan hava hadisələri ilə bağlıxəbərdarlıqlar rəng sistemi üzrə tərtib ediləcək və MHX-nininternet saytında (www.meteo.az) saytında yerləşdiriləcək.

Təhlükəli küləlkərlə bağlı xəbərdarlıqlar rəng şkalası üzrəinteraktiv xəritə üzərində veriləcək. Xəritə Xidmətin internetsaytında yerləşdiriləcək və mütəmadi olaraq yenilənməsi təminolunacaq. Türkiyə təcrübəsinə uyğun olaraq, şəlakətli hava şəraitiolan və maksimal sürəti təhlükəli həddə çatmayan küləkli ərazilərxəritədə açıq yaşıl rənglə, sürəti 8-9 bala çatan küləkli ərazilərsarı, küləklərin sürəti 10-11 bal intervalında olan ərazilərnarıncı, maksimal sürəti 12 ballıq şkala ilə maksimuma çatanqasırğaların gözlənildiyi ərazilər isə qırmızı rəngdəgöstəriləcək", - o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
5
az.trend.az

6Mənbələr