"Borussiya Dortmund"un almaniyalı yarımmüdafiəçisi Marko Roys karyerasını Şimali Amerika MLS-də davam etdirmək istəyir.
"Operativ Media" xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
34 yaşlı futbolçu yayda azad agent kimi "Borussiya"dan ayrılacaq. O, 2012-ci ildən Dortmund klubunda çıxış edir.
Cari mövsümdə Roys "Borussiya" ilə bütün yarışlarda 39 matçda iştirak edib, 8 qol vurub, 9 məhsuldar ötürmə edib.
Transfermarkt Roysun transfer dəyərini 7 milyon avro qiymətləndirir.