AZ

Sabah Bakının bu küçələrində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Sabah faşizm üzərində Qələbə Günündə Bakının bir sıra küçələrində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. 

Bizim.Media xəbər verir ki,  AYNA avtomobillərin hərəkəti üçün bağlı olacaq küçələrin adlarını açıqlayıb:

Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev.

"Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunacaq", - qurumdan bildirilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
340
5
bizim.media

10Mənbələr