AZ

Anar Hüseynov Harvardın məzunu oldu

Tanınmış jurnalist, PR mütəxəssisi Anar Hüseynov Harvard Universitetinin məzunu olub.
XALQ.AZ xəbər verir ki, o, Harvard Universitetinin “Justice” hüquq kursunu bitirib.
Bu barədə Anar Hüseynov sosial hesabında  yazıb. O qeyd  edib ki, kurs “Justice by Michael Sandel”in kursu Jeremy Benthamın utilitarizm nəzəriyyəsi ilə başlayıb və John Rawlsun “cəhalət örtüyü” ilə bitib.
Qeyd edək ki, İTV-nin aparıcısı kimi jurnalistikaya gələn Anar Hüseynov daha əvvəl Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, sonra ASAN-ın mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib. Sonra fəaliyyətinin Kənd Təssərrüfatı Nazirliyində davam etdirib. O, əvvəlcə mətbuat Xitməti şöbəsinə rəhbərlik edib və həmin qurumda digər məsul vəzifələrdə çalışıb.  Hal hazırda  Ali Məhkəmədə çaılışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
12
xalq.az

10Mənbələr